Gürcüstan prezidenti Saakaşvilini əfv etməyəcək


14:55     17 Yanvar 2018 saaka.vili.jpg

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili sabiq prezident Mixeil Saakaşvilini əfv etməkdən imtina edib.


Femida.az-ın xəbərinə görə, o bu barədə “Rustavi 2” kanalına müsahibəsində deyib.

“Hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Gürcüstan prezidenti əfv etməli, prokurorluğun, məhkəmənin səhvlərini düzəltməlidir?“, - deyə G.Marqvelaşvili qeyd edib.

O bildirib ki, əfv məhkəmə səhvinin düzəldilməsi deyil, mərhəmət göstərməkdir.

G.Marqvelaşvili Saakaşvilini köhnə ənənələrə uyğun işləyən məhkəmə və prokurorluq sistemi yaratmaqda da ittiham edib, hökumətin bu sistemi hələ də aradan qaldıra bilmədiyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 5-də Tbilisi şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaviliyə qiyabi hökm oxunub.

Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi qərara alınıb.

M. Saakaşvili “xidməti səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.

İstintaqın məlumatına əsasən, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.

Saakaşvili isə Tbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb və qərarın Gürcüstanın keçmiş baş naziri, “Qazprom”un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verildiyini iddia edib.

Femida.az

Açar sözlər: Gürcüstan   Prezident   Saakaşvili  

Oxunub: 759