Əhali silahlarını polisə təhvil verdi


15:12     17 Yanvar 2018 Silah_Sursatjpg.jpg

“Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər nəticəsini verir”.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün də vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfənglər, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

Femida.az

Açar sözlər: Silah   DİN   Könüllü  

Oxunub: 568