44 nəfər axtarışdadır - Korrupsiya


15:33     17 Yanvar 2018 polis.jpg

Azərbaycanda korrupsiya əməlinə görə barələrində cinayət işi başladılan 44 nəfər axtarışdadır.


Femida.az xəbər verir ki, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, bunların 34-ü xarici ölkədədir, 10 nəfər isə ölkə daxilindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 591