Şərab ağır yol qəzasına səbəb olub


21:27     11 Sentyabr 2015 serab.jpg

Çinin mərkəzindəki Henan əyalətində sərnişinlərlə dolu avtobusun aşması nəticəsində azı 12 nəfər həlak olub, 20-ə qədər insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Femida.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Datsin şəhəri ilə cənubi Quançjou şəhərini birləşdirən sürətli avtomobil yolunda baş verib. Yerli hökumət qəzaya yük maşınından yola tökülən düyü şərabının səbəb olduğunu bildirib. Bunun nəticəsində sürüşərək aşan avtobusa digər bir avtobus, daha sonra isə yük maşını çırpılıb.

Polis qəzanın təfərrüatlarını aydınlaşdırmaq üçün avtobusların və şərab daşıyan yük avtomobilinin sürücülərini saxlayıb./azertag/

Açar sözlər:

Oxunub: 762