Efirdə gərginlik - Müğənni bəstəkarı ələ saldı (VİDEO)


19:07     17 Yanvar 2018 18_01_17_1516187517.jpg

Bəstəkar Çingiz Əliyev əməkdar artist Vasif Məhərrəmlini məhkəməyə verib.


Femida.az xəbər verir ki, "Bizimləsən" verilişində üzləşdirilən hər iki tərəfin məhkəmə yolu ilə aralarındakı problemi həll etməyi seçmələri əməkdar artist Elnarə Abdullayevanı özündən çıxarıb.

Bu an verilişin aparıcısı Zaur Baxşəliyevlə Elnarə Abdullayeva arasında gərginlik yaşanıb.


Mübahisə zamanı "Əşi... başımı xarab etməyin e... Mənim beynimi xarab etməyin" deyib.

BUndan başqa müğənni “Çimnaz” mahnısının müəllif hüquqlarını qoruyan bəstəkara qarşı hörmətsizlik edib.

Vasif Məhərrəmli haqqında “Mənim bəstələdiyim “Çimnaz” mahnısını icazə almadan dəyişdirib, öz adına çıxarıb” deyərək öz haqqını tələb ədən bəstəkara qarşı canlı yayımda hörmətsizlik edilib.

Elnarə Abdullayeva kobud sözləri ilə nə bəstəkara, nə də hüquqşunasa danışmağa imkan verib. O, bununla da kifayətlənməyib. Həmin mahnını “səviyyəsiz” adlandırıb.



Femida.az

Açar sözlər: əməkdar   artist   Elnarə   Abdullayeva   femida.az  

Oxunub: 2766