Hərbi təyyarə qəzaya uğrayıb, 3 nəfər həlak olub


20:15     17 Yanvar 2018 helikopter1.jpg

Türkiyənin İsparta əyalətinin Yalvaç rayonunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.



Femida.az “Haber7”yə istinadən xəbər verir ki, hadisə Kırkbaş kəndində baş verib.
Təyyarə hərbi təlim məqsədi ilə uçuş həyata keçirirmiş.
Qəza nəticəsində təyyarənin göyərtəsindəki 3 hərbçi həlak olub. Onlardan ikisi pilot, digəri isə sərnişin olub.
Hadisə yerinə xilasedicilər cəlb olunub.

Femida.az

Açar sözlər: Türkiyə   Helikopter   Femida.az    

Oxunub: 3112