Şəmkirdəki güllələnmə ilə bağlı cinayət işi başlandı


20:41     17 Yanvar 2018 gullelenme6.jpg

Şəmkir rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanıb.


Bu barədə Femida.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Hüseynov Məzahir Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Femida.az

Açar sözlər: Güllələnmə   Cinayət   Polis  

Oxunub: 889