Rəsmi Bakı Quterreşin Qarabağla bağlı çağırışını alqışlayır
21:21 17 Yanvar 2018
"BMT-nin Baş katibi Antoni Quterreş tərəfindən BMT Baş Assambleyasının 16 yanvar tarixli qeyri-rəsmi iclasında Avropada mövcud olan münaqişələr sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını təqdir edir və dəstəkləyirik".
Femida.az-ın məlumata görə bunu Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"BMT Baş katibi tərəfindən çox düzgün olaraq qeyd olunur ki, Avropada mövcud olan resurslar, imkanlar və təsisatların fonunda münaqişələrin həll edilməmiş formada qalmasına bəraət qazandırıla bilməz.
Avropada təhlükəsizliyin bölünməzliyi vahid prinsip kimi qəbul olunsa da, təəssüf ki, reallıq bundan tamamilə uzaqdır", - deyə, H.Hacıyev əlavə edib.
O xatırladıb ki, 80-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycanın ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlılının qanlı etnik təmizlənməsi ilə nəticələnib: BMT Nizamnaməsi, Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərinə zidd şəkildə ATƏT üzv ölkəsi olaraq Ermənistanın digər ATƏT üzv ölkəsi olan Azərbaycanın ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasına tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Ermənistanın bu kimi işğalçılıq siyasəti, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri XX əsrin 30-40-cı illərində Avropada baş qaldıran mənfur təcrübə ilə müqayisə oluna bilər.
Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını təşkil edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək".
Femida.az
Oxunub: 406
Oxşar xəbərlər
- Ərdoğanla Quterreş arasında telefon danışığı olub
- Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb
- Quterreş bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırdı
- Antonio Quterreş dünya liderlərinə müraciət edib
- Antonio Quterreş: "Peyvənd dünyada ədalətli bölüşdürülmür"
- Quterreş Parisdəki Qarabağ danışıqlarını dəstəklədi
- Rəsmi Bakıdan Quterreşin Qarabağla bağlı açıqlamasına - Reaksiya
- Quterreş İsrail-Fələstin münaqişəsinin həll yolunu açıqladı
- Quterreş BMT-də islahatlar aparacaq
- Prezident Quterreşi təbrik edib