52 yaşlı kişi dəm qazından zəhərləndi - Sumqayıtda


00:21     18 Yanvar 2018 18_01_17_1516206181.jpg


Sumqayıtda dəm qazından zəhərlənmə olub.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Xəzər bağları yaşayış massivində baş verib.

Belə ki, 52 yaşlı şəhər sakini Seymur Tağıyev yaşadığı Xətai küçəsi, mənzil 19-da hamamda çimərkən dəm qazından zəhərlənib. O ağır vəziyyətdə yaxınları tərəfindən Sumqayıt şəhər TTYX-a çatdırılıb. Həkimlərin tez və vaxtında müdaxiləsi nəticəsində 52 yaşlı kişi sağ qalıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Sumqayıt   zəhərlənmə   qaz   femida.az  

Oxunub: 586