Tovuzda avtomobil iki piyadanı vurdu


01:37     18 Yanvar 2018 piyada4.jpg

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qovlar şəhəri ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada - 2002-ci il təvəllüdlü Tapdıq Axundov və 2005-ci təvəllüdlü Emin Adıgözəlovu vurub.

Xəsarət alan piyadalar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, E.Adıgözəlovun vəziyyəti orta-ağır, Tapdıq Axundov isə normaldır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: Tovuz   qəza   femida.az  

Oxunub: 557