Tramp jurnalisti mətbuat konfransından qovdu - VİDEO


03:35     18 Yanvar 2018 18_01_17_1516211861.jpg

ABŞ prezidenti Donald Tramp Qazaxıstan lideri Nursultan Nazarbayevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistə qarşı sərt davranışı ilə diqqət çəkib.



Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ona “ABŞ-a daha çox Norveç vətəndaşlarının gəlməsini istəməyiniz doğrudurmu?” sualını verən CNN televiziyasının müxbiri Cim Akostanı Oval saraydan qovub.

ABŞ prezidenti jurnalistə barmağı ilə işarə edərək “Buranı tərk et” deyib. Trampın bu hərəkəti sosial mediada tənqid olunub.



Femida.az

Açar sözlər: Tramp   ABŞ   Nazarbayev   Qazaxıstan   jurnalist   CNN   Femida.az  

Oxunub: 1077