Cəbhədən YENİ XƏBƏR
13:26 18 Yanvar 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.
MN-dən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son durumu açıqlayıb
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb
- Vətən müharibəsində ön cəbhədə fədakarlıq göstərmiş tibb işçilərinə veteran adı veriləcək
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumla bağlı məlumat yayıb
- Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- Ermənilər Tovuz istiqamətində mövqelərimizi atəşə tutub
- Cəbhəyanı ərazilərdə minalar, bombacıqlar aşkarlandı