Bakıda avtomobil yaşlı qadını vurub


13:09     18 Yanvar 2018 piyadada.jpg

Qaradağ rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Nəsibova Nazlı Tərxan qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Femida.az

Açar sözlər: Bakı   Avtomobil   Piyada  

Oxunub: 407