Gömrükdə əməliyyat - Qanunsuz içki və siqaret aşkarlandı
14:50 18 Yanvar 2018
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postu yaxınlığındakı "Avtovağzal" adlanan ərazidə Azərbaycan aksiz markası ilə markalanmayan siqaret və spirtli içkilərin toplanması barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupunun qeyd edilən ərazidə apardığı əməliyyat tədbirləri nəticəsində içərisində Azərbaycanın aksiz markası ilə markalanmayan malların olduğu ehtimal edilən "VAZ 21 099" markalı nəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin sərnişini Azərbaycan vətəndaşı nəqliyyat vasitəsindəki yüklərin ona aid olduğunu bildirdikdən sonra "Sınıq Körpü" gömrük postunun ərazisində qanunvericiliyə uyğun şəkildə yüklərə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 1 litrlik həcmdə 29 ədəd müxtəlif markalı spirtli içkilər, 4200 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 747
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır - FOTO
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonu müsadirə edib