Qazaxıstanda FACİƏ - 52 nəfər yanaraq öldü


15:02     18 Yanvar 2018 yangin_38673636.jpg

Qazaxıstanda sərnişin avtobusu yanıb.


Femida.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər: Avtobus   Yanıb   Qazaxıstan   Özbək  

Oxunub: 817