Sarkisyan: “Məndən sonra gələn prezident siyasətlə məşğul olmamalıdır”


15:28     18 Yanvar 2018 sarkisyan%20iclas.jpg


Ermənistan prezidenti Serj Sarkisyan özündən sonra gələcək prezidentin kriteriyalarına münasibət bildirib.


Elm adamları ilə görüşü zamanı Sarkisyan yeni prezidentin kriteriyalarını belə müəyyənləşdirib:

“O şəxs tamamilə tərəfsiz, siyasətlə məşğul olmayan və heç bir partiyaya üzv olmamalıdır. Prezident olacaq şəxs həm ölkə daxilində, həm də xaricində tanınan diaspora təşkilatları ilə geniş əlaqələrə malik olmalıdır”.

Xatırladaq ki, Sarkisyanın prezidentlik müddəti 2018-ci ilin aprelində başa çatacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: Sarkisyan   Ermənistan   prezident   femida.az  

Oxunub: 1512