Erməni hərbçini biz vurmamışıq - Müdafiə Nazirliyi açıqlama yaydı


16:40     18 Yanvar 2018 mudafie%20nazirliyi7.jpg

Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır. Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir.


Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.
Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılarsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar", deyə yayılan məlumatda qeyd olunub.


Xatırladaq ki, dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisəni bu gün işıqlandırması təxribat xarakteri daşıyır.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Ermənistan   Ordu   Nazirlik   Əsgər    

Oxunub: 972