Cinayətkardan qəribə addım - Silahını qəbristanlıqda gizlətdi


17:15     18 Yanvar 2018 18_01_18_1516266935.jpg


Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.

Femida.az

Açar sözlər: DİN   silah   femida.az  

Oxunub: 699