Bakıda Rusiya vətəndaşının hərəkətləri şübhə doğurdu - Polis saxladı


18:38     18 Yanvar 2018 polis11.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.



Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən, hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb.

Vətəndaşa məxsus əşyaların yoxlanılması zamanı, onun çantasının içərisində və daha sonra əynindəki pencəyinin cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 2 mln. 200 min Rusiya rublu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Polis   Gömrük   Qanunsuz  

Oxunub: 1913