Türkiyənin Baş Qərargah rəisi Rusiyaya gedib


19:19     18 Yanvar 2018 2018/01/645x400-turkish-russian-top-military-chiefs-discuss-mosul-aleppo-in-moscow-1478119825682_1516274102_1516274398.jpg

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər edib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Akarın rusiyalı həmkarı Valeri Gerasimovla görüşü nəzərdə tutulub. Türkiyəli generalı Rusiya səfərində Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edir.

Məlumata görə, görüşlərdə regional təhlükəsizlik məsələləri, Suriyadakı vəziyyət əsas müzakirə mövzusu olacaq.

Femida.az

Açar sözlər: TÜrkiyə   Ordu   Rusiya   General  

Oxunub: 684