Naxçıvandan iraq düşən Kərki – İşğalda qalan kənddən son VİDEO

Naxçıvandan iraq düşən Kərki – İşğalda qalan kənddən son VİDEO

15:52     18 Yanvar 2018 2018/01/Tigranashen,_Armenia_1516276390.jpg

Xəbər verdiyimiz kimi bu gün Naxçıvanın Kərki kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür. Bu gün Azərbaycanın tarixi kəndində kimlər yaşayır,kənd necə adlanır?


Femida.az bununla bağlı araşdırma aparıb.

Kərki harada yerləşir?

Azərbaycanın işğal altında olan ərazisi İrəvan- Xankəndi magistral yolunun kənarında yerləşən kiçik bir kənddir.






Məlum olur ki, digər işğal olunan ərazilərimiz kimi Kərki kəndinin də adı dəyişdirilib. Ermənilər Azərbaycan kəndinə “Tiqranaşen” adını verib.

Erməni fotoqraf Hakob Hakobyanın sosial şəbəkələrdə paylaşdığı fotolardan məlum olur ki, bu gün Kərki dağlarının başını qar bürüyüb.





Ermənilər Kərkini niyə Tiqranaşen adlandırdı?


Kəndin Tiqranaşen adlandırılmasının səbəbi Tiqran adlı erməni ilə bağlıdır. Həmin şəxs Azərbaycan kəndinin işğal olunmasında və azərbaycanlıların ərazidən çıxarılmasında böyük fəallıq göstərdiyinə görə, kəndə onun adı verilib. İşğal zamanı Tiqran da öldürülüb.


Bu gün Kərkidə kimlər yaşayır?


Araşdırma zamanı məlum olur ki, Kərkidə hazırda Bakıdan və Gəncədən qayıdan ermənilər məskunlaşıb.





Ermənistan saytlarından birinin noyabr ayında hazırladığı videoreportajdan məlum olur ki, kənddə yaşayış üçün şərait yoxdur. Sayt əməkdşının 52 yaşlı Coğrafiya müəlliməsi olan Azatuhi Hovhannisyanın evindən hazırladığı reportajda müharibədən sonra kənddə heç bir quruculuq işi aparılmadığı qeyd olunur.






Kənddə kişilər isə demək olar ki, qalmayıb. Onlar işləmək üçün Ermənistanı tərk edib, Rusiyaya gediblər.Reportajdan məlum olur ki, Kərəkidə cəmi 150 ailə yaşayır.Kənddə qaz olmadığından sakinlər balon qazından istifadə edir.











Mircəlal Məcidli
Femida.az


Açar sözlər: Kərki   İşğal   Naxçıvan   Ermənistan   Qarabağ    

Oxunub: 4117