Nazirdən sosial müavinətlərlə bağlı ŞAD XƏBƏR - 80 min ailə üçün
20:25 18 Yanvar 2018
“Hazırda təqribən 80000 ailə ünvanlı sosial yardımı yeni sistemlə almaqda davam edirlər”.
Femida.az xəbər verir ki, bunu mediaya açıqlaması zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Bildiyiniz kimi avtomatlaşdırılmış sistem 2016-cı ilin fevral ayının 15-dən fəaliyyətə başladı. Artıq bir aydan sonra köhnə sistemlə, yəni əl ilə təyinatların 2 illik vaxtı başa çatır. Ondan sonra hamısı VEMTAS tərəfindən təyin olunmuş ünvanlı sosial yardımlar olacaq. Onlar elektron şəkildə təyinat hesabına ünvanlı sosial yardım alan ailələr olacaq. Bu proses gedir. Amma təbiidir ki, ailələrin tam ünvanlı olaraq, həqiqətən buna ehtiyacı olanların alması prosesi təsdiqini tapır. Ola bilir ki, bəzi ailələr buna düşmür, onlar imtahanlar verirlər. Konkret halda onlara imtahanların səbəbləri göstərilir. Ona görə bir daha qeyd eləmək istəyirik ki, kimlərin ailələrində əmək qabliyyəti olan üzvlər var, onlar bizim yerli məşğulluq mərkəzlərinə özünəməşğulluq proqramında iştirak üçün müraciət etsinlər. Artıq bizim kifayət qədər vəsaitimiz var, formalaşır. Cənab Prezident Nazirlər Kabinetinin geniş iclasında öz çıxışında qeyd etdi ki, özünəməşğulluq proqramı üçün bu il 35 milyon manat vəsait nəzərdə tutulub. Bu, keçən il bizim tədbiq etdiyimiz özünəməşğulluq layihəsindən təxminən 6 dəfə böyükdür”.
Femida.az
Oxunub: 3194
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından xaric edilib
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək
- Zərərli vərdişlərin profilaktikasına dair sosial çarx çəkilib
- “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi tərəfindən sosial çarx çəkilib
- Stadnik sosial şəbəkədə Azərbaycan bayrağını silməsinə aydınlıq gətirib
- Aprelin 26-da bütün sosial yardımlar ödəniləcək