Bakıda banka basqın oldu


20:39     18 Yanvar 2018 ogurluq%20basqin.jpg


“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, hadisə bankın Nizami küçəsi-53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb.

Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: Basqın   Bank   Yasamal  

Oxunub: 1821