Azərbaycanda 1335 km yol çəkildi


23:31     18 Yanvar 2018 yol12323.jpg

Avtomobil Yolları Dövlət Agentliyi 2017-ci ildə əsaslı və yenidənqurma işləri ilə bağlı statistikanı açıqlayıb.


Agentlikdən Femida.az-a verilən məlumata görə, ötən il ərzində uzunluğu 1 335 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Respublika əhəmiyyətli - 313,4 km;

Yerli əhəmiyyətli - 888,7 km;

Bakı şəhər yolları - 133,0 km.


“Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 kilometr, 2016-cı ildə isə 880 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər: Yol   Təmir    

Oxunub: 673