OPEK: Azərbaycanda neft hasilatı azalacaq
22:11 18 Yanvar 2018
2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.
Bu barədə Femida.az-a OPEC-in yanvar ayı üzrə hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunub ki, ötən ilin dekabrında ölkədə neft hasilatı sutkalıq 0,01 mln. barel azalaraq orta hesabla 0,79 mln. barel təşkil edib. “Ötən ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilat sutkalıq 0,59 mln. barel təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə sutkalıq 50 min barel azdır. Buna baxmayaraq oktyabr və noyabrda hasilat yüksək olub”, - deyə hesabatda bildirilir.
Bundan başqa, hesabatda 2018-ci il üçün neft hasilatı proqnozu da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,04 mln. barel azalaraq 0,76 mln. barel təşkil edəcək.
Femida.az
Oxunub: 413
Oxşar xəbərlər
- Trampdan OPEK-ə çağırış
- OPEK qərarını verdi
- OPEK neft hasilatının həcmini artıracaq
- OPEK-in Baş katibi Azərbaycana gəlir
- Tramp OPEK-i ittiham etdi: Qiyməti süni şəkildə qaldırırlar
- OPEK dünyanın neftə olan tələbatını proqnozlaşdırdı
- OPEK neftə tələbat üzrə proqnozu artırıb
- OPEK ölkələri razılığı gəldilər - Sazişin müddəti uzadıldı
- Bu ölkənin OPEK-ə üzvlüyü dayandırıldı
- OPEK razılığa gəldi - Neft hasilatı azaldılacaq