78 yaşlı qadın intihara cəhd edib


22:30     18 Yanvar 2018 xestexana_01254.jpg

Bu gün axşam Şəki şəhərinin Ə. Qarayev küçəsi, ev 8 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Abidə Hüseynçələbi qızı Səmədova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.


MRX-dan Femida.az-a bildirilib ki, son zamanlar əsəb xəstəliyindən əziyət çəkən 78 yaşlı Abidə Səmədova intihar məqsədilə dərman qəbul edib. Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər: Xəstəxana   Zəhərlənmə  

Oxunub: 505