Nazirlikdə yeni departament yaradıldı - Bəstəkarın oğluna vəzifə verildi


23:19     18 Yanvar 2018 409592369.jpg

Vergilər Nazirliyində struktur islahatları davam edir.


Femida.az-ın məlumatına görə, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb.

Yeni departamentə Ülvi Mansurov baş direktor təyin edilib.

Qeyd edək ki, Ü.Mansurov bundan öncə "Azərpoçt" MMC-nin baş direktoru, daha əvvəl isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.

Xatırladaq ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.


Femida.az

Açar sözlər: Vəzifə    

Oxunub: 1144