35 yaşlı məmur kimin oğludur? - DOSYE


04:10     19 Yanvar 2018 18_01_18_1516306433.jpg

Xəbər verdiyimiz kimi, vergilər naziri Mikayıl Cabbarov tanınmış bəstəkar Eldar Mansurovun oğlu Ulvi Mansurova yüksək vəzifə verib.

Məlumata görə, M.Cabbarovun əmri ilə nazirlikdə İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamenti yaradılıb. Yeni departamentə Ülvi Mansurov baş direktor təyi
n edilib.

Qeyd edək ki, Ülvi Mansurov 13 dekabr 1983-cü il Bakı şəhərində anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-ci ildə Ü.Mansurov iqtisad elmləri namizədi dərəcəsini alıb.

2012-2015-ci illərdə Warwick University-də təhsil alıb, Warwick Business School proqramının məzunudur.





Ü. Mansurov əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankının Sahil filialında başlayıb, 2012-ci ilədək Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit departamenti, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərindəi müxtəlif vəzifələrdə çalışıb.

2012-ci ildə “Bank Technique” İdarə Heyətinin sədri vəzifəsinə seçilib və bu vəzifədə 3 il çalışıb. O, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

Ü.Mansurov 31 mart 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə “Azərpoçt”un baş direktoru təyin olunub. Bir müddətdən sonra tutduğu vəzifədən azad edilib.

Femida.az

Açar sözlər: Vergilər   Nazirlik   Vəzifə   Mansurov    

Oxunub: 6857