Çoban tüfənglə qətlə yetirildi - Şamaxıda


13:22     19 Yanvar 2018 ov_tufengi_3.jpg


Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.


Femida.az “Report”a istinadən xəbər verir ki, Sabir qəsəbə sakini Ramin Şirbala oğlu çobanlıqla məşğul olan qonşusunu tüfəngdən atəş açaraq qətlə yetirib.

Hadisə mübahisə zəminində baş verib. Qətli törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Şamaxı   çoban   qətl   femida.az  

Oxunub: 1087