Ticarət mərkəzində YANĞIN - Sahibkar qadın dükanda yandı


13:32     19 Yanvar 2018 femida%20yangin7.jpg

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Yanğın   Sahibkar   Tovuz  

Oxunub: 1897