Ötən gün 21 nəfər tutulub


14:17     19 Yanvar 2018 1413542729_azerbaycanda-axtarishda-olan-5-nefer-tutulub-cenubnews.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: Həbs   Cinayət   Qəza  

Oxunub: 550