Çoban uşaqlarının gözü qarşısında öldürülüb - Arvadı güllələnib (YENİLƏNİB)


15:14     19 Yanvar 2018 zerdabda%20dindar%20özunu%20gulleleyib.jpg

Şamaxı rayonunda qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.

Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Haclıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.

Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.

İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir.

***

Şamaxıda qətl hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisəyə səbəb kimi, qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini öldürüb. Bunu görən N.Binyətov da Z.Hacıyevin yaşadığı evə gələrək ov tüfəngi ilə onun itini öldürüb. Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və N.Binyətov Zaura ov tüfəngindən 7 dəfə atəş açıb.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: Çoban   İt   Güllələnmə  

Oxunub: 1634