Azərbaycanda Türkiyə bayraqları endiriləcək


15:21     19 Yanvar 2018 2018/01/turkiye-bayraqlari_1516346666.jpg

Yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Azərbaycandakı səfirliyində, Naxçıvan və Gəncədəki baş konsulluqlarında və Bakıdakı Türk Şəhidliyində bayraqlar yarıya qədər endiriləcək.




Bu barədə Femida.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda aparılan mübarizənin dönüş nöqtəsi olan 20 Yanvar qətliamı əsla unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarını bu yolda fəda edən şəhidlərimizi rəhmətlə anırıq və bu acı gündə qardaş Azərbaycanın kədərini paylaşırıq”, - deyə açıqlamada bildirilir.


Femida.az

Açar sözlər: Türkiyə   Azərbaycan   Səfirlik  

Oxunub: 2628