Fədayə Laçının məhkəməsi oldu - Yenə həbsdən çıxa bilmədi
15:40 19 Yanvar 2018
Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının növbəti apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Türkel Süleymanlının Femida.az-a verdiyi məlumata görə, şikayət təmin edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Nəsimi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb. Şikayət həmin qərardan verilib.
Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Femida.az
Oxunub: 1129
Oxşar xəbərlər
- Fədayə Laçın həbsxanada başına gələnlərdən danışır (VİDEO)
- Fədayə Laçının azadlıqda ilk - FOTOSU
- Fədayə Laçın azadlığa buraxılıb
- Fədayə Laçın azadlığa çıxır - Vəkili AÇIQLADI
- Fədayə ilə birgə həbs edilən polkovnik azadlığa çıxdı
- Fədayə Laçının azadlığa çıxacağı dəqiq tarix bəlli oldu
- Fədayə Laçın azadlığa çıxmağa hazırlaşır
- Fədayə Laçın DANIŞDI: “Tezliklə azadlığa çıxıb, sənətimlə məşğul olacağam”
- SON DƏQİQƏ! Məhkəmə Fədayə Laçınla bağlı qərar verdi
- Fədayə Laçının yeni görüntüləri yayılıb (VİDEO)