Gömrük Komitəsi ləğv olunaraq, nazirliyə birləşdirilir? - Rəsmi açıqlama


15:50     19 Yanvar 2018 aydin-aliyev.jpg

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Femida.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, bəzi ölkələrdə Gömrük Komitəsi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir.

"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.

Qeyd edək ki, yerli mətbuatda tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacağı ilə bağlı məlumat yayılmışdı.

Femida.az

Açar sözlər: Gömrük   Vergilər  

Oxunub: 6058