Azərbaycanda nadir hadisə - 52 yaşlı qadının əkiz uşağı oldu (FOTO)
16:14 19 Yanvar 2018
Bir neçə gün əvvəl Azərbaycanda nadir rastlanan hadisə baş verib. Belə ki, 52 yaşlı qadın əkiz övlad dünyaya gətirib.
Femida.az lent.az-a istinadən xəbər verir ki, doğuş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova tərəfindən həyata keçirilib. Doğuş qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə baş tutub. Həkimin bildirdiyinə görə, bu, 52 yaşlı ananın ikinci hamiləliyidir.
Onun ilk hamiləliyi 48 yaşında olub: "Ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, bu qadın ilk dəfə 48 yaşında ana olmuşdu. Bu, onun ikinci hamiləliyidir. Bu dəfə əkiz oğlanları dünyaya gəlib".
Femida.az
Oxunub: 3415
Oxşar xəbərlər
- Cəlilabad xəstəxanasında əkiz uşaq dünyaya gətirən ana ölüb
- Bu ilin 4 ayında Azərbaycanda 974 əkiz, 27 üçəm doğulub
- Bu il Azərbaycanda 708 əkiz doğulub
- Əkiz qardaşlar Bakı Ali Neft Məktəbini seçib - FOTO
- Habil və Qabil əkizləri kafeni pritona çeviriblər
- Əkiz qardaşı ilə yerini dəyişib həbsdən qaçdı
- Kabayevanın əkiz uşağı oldu - Yenə Putinin adı hallanır
- Doğuş zamanı əkiz körpələrdən biri ölüb
- Sabirabadda yeni doğulan əkizlər ölüb
- Azərbaycanda DOĞUŞ FACİƏSİ – Əkiz uşaqlar öldü