Temperatur düşəcək, şaxta olacaq - Sabahın havası
17:29 19 Yanvar 2018
Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Femida.az
Oxunub: 2611
Oxşar xəbərlər
- Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanılıb
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Bakı sakinində narkotik və saxta əsginaslar aşkarlanıb
- ETSN-dən xəbərdarlıq: Gecə, səhər yollar dumanlı, şaxtalı olacaq, buz bağlayacaq
- Sumqayıtda poçt şöbəsinə saxta əsginas verən şəxs saxlanılıb
- Ermənlilərin saxtalaşdırdıqları alban dini məbədlərinin bərpası üçün İşçi qrup yaradılıb
- Vətəndaşlara qarşı dələduzluq edən saxta prokurorun məhkəməsi başlayıb