Ermənistan iqtidarının prezidentliyə namizədi açıqlandı - FOTO


18:26     19 Yanvar 2018 18_01_19_1516357495.jpg

Ermənistanın yeni prezidenti Armen Sarkisyan ola bilər.


Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırki dövlət başçısı Serj Sarkisyan bu gün prezident iqamətgahında onu qəbul edərək, ölkənin 4-cü prezidenti olmasını təklif edib.

Armen Sarkisyan bu il martın 2-10 aralığında keçiriləcək prezident seçkilərindən hakim Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olacaq.

Armen Sarkisyan iş adamı və Ermənistanın Böyük Britaniyadakı səfiri kimi ictimaiyyətə tanınır. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib.

2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. O, həm də bir neçə iri şirkətin sahibi olaraq tanınır.



Femida.az

Açar sözlər: Sarkisyan   Armen   Ermənistan   femida.az  

Oxunub: 569