13 yaşlı qız dayısı tərəfindən zorlandı - Bakıda ŞOK HADİSƏ


18:32     19 Yanvar 2018 qiz.jpg

Bakıda azyaşlı qızın dəfələrlə zorlanması idda edilir.

Bu barədə Femida.az-a Uşaq Azərbaycan Uşaqlar Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli məlumat verib.Onun sözlərinə görə, yeni il öncəsi sığınacağa daxil olan qız bir müddətdən sonra dayısı tərəfindən dəfələrlə zorlandığını iddia edib.

Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Uşağı onunla eyni ünvanda yaşayan dayısı 1993-cü il təvəllüdlü R.Babayev zorlayıb.

Uşaq hazırda Azərbaycan Uşaq Birliyinin reinteqrasiya mərkəzində olduğu bildirilir. Polisə zorlanma faktı ilə bağlı şikayət ərizəsi məhz həmin mərkəzdən daxil olub.

Ərizə yanvarın 18-də daxil olduğundan fakt üzrə hələlik heç kim saxlanılmayıb.

Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Binəqədi   polis   zorlama   qız   dayı   femida.az  

Oxunub: 8865