Ermənistanın dövlət borcu kəskin artdı


18:55     19 Yanvar 2018 irevan%20mitinq.jpg

Ermənistanın dövlət borcu ötən il ərzində kəskin artıb və 2017-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib.


Femida.az xəbər verir ki, borcun böyük hissəsi - 6 milyard 173,1 milyon dollar Ermənistan hökumətinin borcudur.

Bu məbləğdən 4 milyard 893,4 milyon dollarını xarici borc təşkil edir.

Qeyd edək ki, 2016-cı il dekabrın 31-dək olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 5 milyard 942,1 milyon dollar təşkil edirdi. Bir il ərzində dövlət borcu 832,5 milyon dollar artıb.

Faktiki olaraq, Karen Karapetyan hökuməti də əvvəlkilərdən fərqlənmir. Bir çox məsələlərin həlli üçün yeni hökumət kreditlər götürməkdə davam edir və bu borcların yükü Ermənistan vətəndaşlarının üzərinə düşür.

Femida.az

Açar sözlər: Ermənistan   Milyard   Borc  

Oxunub: 525