" Türkiyə Afrində hərbi əməliyyatlara başlayacaq " - Müdafiə naziri


19:18     19 Yanvar 2018 2018/01/618061_1516360784.jpg

Türkiyə Afrində əməliyyatlara tərəddüdsüz başlayacaq və orada terrorçuları tamamilə məhv edəcək.


Femida.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir qeyd edib ki, gün keçdikcə Türkiyənin təhlükəsizliyi üçün təhdid riski artır: "Türkiyə öz vətəndaşlarını və sərhədlərini qorumalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələri Afrində PYD və YPG mövqelərinə zərbələr endirib. İlkin məlumatlara görə, 30-dan çox terrorçu zərərsizləşdirilib.

Femida.az

Açar sözlər: Türkiyə   Afrin   Nazir  

Oxunub: 716