Zakir Qaralov vətəndaşların görüşünə getdi


19:25     19 Yanvar 2018 zakir8v1U1qrrObp0.jpg

Baş prokuror Zakir Qaralov yanvarın 19-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 23 vətəndaş qəbul edilib, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb.

Qəbul zamanı? həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Femida.az

Açar sözlər: Prokuror   Vətəndaşlar  

Oxunub: 545