Tovuzda dəhşətli hadisə - Qadın diri-diri yandı


19:56     19 Yanvar 2018 ozunu%20yandirdi5.jpg

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.

Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafadakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.





Femida.az

Açar sözlər: #Tovuz#yanğın#qadın  

Oxunub: 1554


Oxşar xəbərlər