Bakıda 100 kiloqram qəpik tapıldı - VİDEO


00:51     12 Sentyabr 2015 zibillik%20qepik.jpg


“Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.

Hər bir paytaxt sakini ildə 350 kiloqram məişət tullantısı atır.Tullantılar arasında dəyərli əşyalar da var. Maraqlıdır bu tullantıların sonrakı aqibəti necə olur? Region TV bu haqda xüsusi reportaj hazırlayıb.

Tullantıların yarımavtomatik çeşidləmə zavodunda ildə 200 min tona yaxın zibil çeşidlənir. Məişət tullantılarının emalı nəticəsində təbii sərvətlər və enerjiyə qənatə olunur. Ən əsası isə tullantıların ətraf mühitə təsiri minumuma endirilir. Bu prosses barədə “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Babayev ətraflı məlumat verib.

BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir.

Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi.

Onlar tullantıların arasından götürülərək aidiyyatı üzrə təhvil verilir və ya istifadə olunur.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən o da bildirilib ki, Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.

Əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.

Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq.

Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib. (Region TV)



Açar sözlər:

Oxunub: 846