Şəhid Neftçalada dəfn olunacaq


21:02     19 Yanvar 2018 SEHIDIM.jpg

Azərbaycanın şəhid olan əsgəri Neftçala rayonunda dəfn ediləcək.


Femida.az -ın məlumatına görə, dəfn məsrasimi rayonun Bankə qəsəbəsində keçiriləcək.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci ildə bu qəsəbədə doğulub.

İ.Mənəfov ali təhsilli olub. O, 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və düşmənlə üz-üzə yerləşən bölmələrdə xidmət edib.

Femida.az

Açar sözlər: Şəhid   Dəfn   Ordu    

Oxunub: 5323