Ermənistanın dövlət borcu 7 milyarda yaxınlaşır


21:17     19 Yanvar 2018 18_01_19_1516368053.jpg


2017-ci ildə Ermənistanın dövlət borcu 6,8 milyard dollara çatıb.


Bu barədə “Joxovurd” qəzeti informasiya yayıb. Qəzet bu borcun 6,173 milyard dollarının hökumətin payına düşdüyünü bildirib. Ümumi borcun 5 milyarda yaxınını xarici borc təşkil edib:

“2016-cı ilin sonunda ölkənin borcu 5,942 milyard dollar olub. 2017-ci il ərzində borc 832,5 milyon dollar artıb. Faktiki olaraq Karen Karapetyan hökuməti əvvəlkilərdən heç nə ilə fərqlənmir. Problemlərin həlli üçün onun hökuməti yeni kreditlər götürüb, onun geri qaytarılmasını Ermənistan vətəndaşlarının üzərinə atır”.

Femida.az

Açar sözlər: Ermənistan   borc   femida.az  

Oxunub: 1115