Arvadını bıçaqlayan şəxsə hökm oxunub


00:00     20 Yanvar 2018 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Femida.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında H.Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, H.Məmmədov ötən il həyat yoldaşı Ülkər Şıxəliyevanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra həbs edilən H.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş Ü.Şıxəliyeva məhkəmədən ərinə bəraət verilməsini xahiş edib. O, H.Məmmədovla barışdıqlarını söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 403