Qız üstündə 21 yaşlı gənci bıçaqladılar


21:34     19 Yanvar 2018 bicaq5.jpg


Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.


Femida.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə metronun "Əcəmi" stansiyasının yaxınlığında qeydə alınıb. 21 yaşlı Ziyadxan Əliyev bıçaq xəsarətləri alaraq 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan Ziyadxan Əliyevin vəziyyəti ağır kimi qiymətləndirilir.

Məlumata görə, 21 yaşlı gənc tanımadığı bir şəxslə qız üstündə mübahisə edib və nəticədə bıçaq xəsarətləri alıb. Faktla bağlı Nəsimi RPİ-də istintaq araşdırmaları aparılır.

Femida.az

Açar sözlər: bıçaq   Nəsimi   qız    

Oxunub: 1347