“Qanuni oğru”lar hava limanında saxlanıldı
21:53 19 Yanvar 2018
Minsk hava limanında iki “qanuni oğru” saxlanılıb.
Femida.az Yenicag.az-a istinadən xəbər verir ki, onlar Gela Kardava və Suliko Şarikzadə adlı gürcü vətəndaşlarıdır.
Belarus Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının yaydığı məlumata görə, Gela Kardava 17 yanvar, Suliko Şarikzadə isə 18 yanvar tarixində saxlanılıb. Onların kriminal aləmdə “oğru” statusunun olduğu bildirilir.
Həmçinin, qeyd edilib ki, 43 yaşlı Gela Kardava hava limanında Belarus Dövlət Sərhəd Komitəsinin əməkdaşlarına saxta Rusiya pasportu təqdim edib. İfadə zamanı, o, Balarusa Rusiyadan gəldiyini, daha sonra isə “oğru”ların “sxodka”sına qatılmaq üçün İstanbula getmək istədiyini deyib.
Qeyd edək ki, Kardava “oğru” statusunu 22 yaşında alıb. Quldurluq və soyğunçuluqla məşğul olan Kardava 2013-cü ildə qətlə yetirilən və kriminal aləmdə Ded Xasan adı ilə tanınan “qanuni oğru” Aslan Usoyanın kriminal dəstəsinə mənsub olub. Onun ölümündən sonra liderlik mövqeyinin Gela ilə kiçik qardaşı, “qanuni oğru” Gizoya keçəcəyi gözlənilirdi.
Belarus Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada 1973-cü il təvəllüdlü Suliko Şarikzadənin Belarus ərazisində miqrasiya kartı olmadan qanunsuz şəkildə gəzdiyi üçün saxlanıldığı qeyd olunub. Onun Belarusdan Rusiya ərazisinə avtomobillə keçdiyi müəyyən edilib. Sulikonun ötən il dekabrın 7-ə kimi qanunsuz silah və narkotik maddə ilə saxlanılaraq cəza çəkdiyi də məlumatlar arasında yer alıb.
Femida.az
Oxunub: 2562
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- Ukraynada rəqibini ödürən keçmiş deputat 15 il müddətinə həbs edilib
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Müharibə öncəsi 100 zabitlə əyləncə təşkil edən erməni polkovnik həbs edilib
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib