Ev quşları kütləvi şəkildə tələf olur - İsmayıllıda naməlum xəstəlik


22:35     19 Yanvar 2018 toyuq%20ogru.JPG

İsmayıllı rayonunun Kürdmaşı kəndində son günlər ərzində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb.


Femida.az xəbər verir ki, kənd sakinləri Çərkəz Abdullayeva, Tünzalə İsmayılova, Mənsurə Cəfərova APA-ya verdiyi məlumata görə, son 4 gündə onlara məxsus 150 baş ev quşu naməlum xəstəlik səbəbindən tələf olub.

Digər sağlam ev quşlarının tələf olmasının qarşısını almaq məqsədi ilə ölmüş quşlar dərmanlanaraq torpağa basdırılıb. Buna baxmayaraq, hazırda kənddə ev quşlarının tələfatı davam edir.

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsinə məlumat verilib, tələf olmuş quşlardan analiz və yoxlama üçün nümunələr götürülərək idarəyə göndərilib. Tələf olmanın səbəbi analizlərin nəticəsindən sonra aydın olacaq.

Femida.az

Açar sözlər: Toyuq   Quş   İsmayıllı  

Oxunub: 1502